Vivo X27 ön sifarişin ilk günündə 280 mindən çox sifariş aldı


Digərləri 14 Mar 2019 08:05:00 197 0

Vivo X27 ön sifarişin ilk günündə 280 mindən çox sifariş aldı

Vivo X27 Çinin rəsmi satış mağazasında ön sifariş üçün açıqdır.

19 mart tarixində satışa buraxılacaq yeni smartfonun ilk gün 288.557 ön sifarişlə cihaza olan marağı göstərir.

Son.az chip.az-a istinadən bildirir ki, son illərdə müvəffəqiyyətli smartfonlara sahib dünya səviyyəsində bir Çin smartfon istehsalçısı olan Vivo, yeni Vivo X27-ni 19 mart tarixində ön sifariş üçün açdı. Texniki özəllikləri daha əvvəl TENAA-da da görünən smartfona ilk gündən təəccübləndirici bir şəkildə çox tələb gəldi.

Mavi və çəhrayı şüşə arxa panellərə malik Vivo X27 48 MP + 13 MP + 5 MP piksel 3 kameradan ibarət arxa kamera seti ilə gəlir. Smartfonda 2340x1080 piksel 6.39 düymlük AMOLED displey quraşdırılıb.