Hər il 8,8 milyon insan bu səbəbdən ölür


Digərləri 13 Mar 2019 22:11:00 208 0

Hər il 8,8 milyon insan bu səbəbdən ölür

Hava çirklənməsi əvvəllər düşünüldüyündən iki dəfər artıq ürək xəstəliklərindən ölüm hallarına səbəb olur. Belə bir nəticəyə almaniyalı alimlər gəlib.

Son.az oxu.az-a istinadən bildirir ki, araşdırma haqda məqalə "MedicalXpress" nəşrində dərc olunub.  

Tədqiqatçılar müxtəlif hava çirklənmə mənbələri ilə ölüm halları arasındakı qarşılıqlı əlaqəni modelləşdirib. Məlum olub ki, təkcə 2015-ci ildə çirklənmiş atmosfer bütün Avropada 790 min insanın ölümünə səbəb olub.

Ölüm hallarının 40-80 faizi məhz hava çirklənməsindən qaynaqlanan ürək-damar xəstəlikləri, o cümlədən, infarkt və insultun payına düşür. Maraqlıdır ki, bu tənəffüs orqanları pozuntuları respirator xəstəliklərlə əlaqəli ölüm hallarından 2 dəfə çoxdur.