Bu qulaqlıqlar xərçəng riskini artırır


Digərləri 13 Mar 2019 22:17:00 210 0

Bu qulaqlıqlar xərçəng riskini artırır

ABŞ-ın "Apple" korporasiyası 2018-ci ildə 29 milyon simsiz "AirPods" qulaqlıqları satıb. İndi məlum olur ki, bu texnika xərçəng riskini artırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat BMT və Dünya Səhiyyə Təşkilatına ünvanlanmış petisiyada yer alıb. 250-dən çox alimin imzaladığı müraciətdə deyilir ki, radiotezlikli radiasiya əsasında işləyən çoxsaylı simsiz qurğular, o cümlədən "Bluetooth", "Wi-Fi", müxtəlif cür mobil qurğular xərçəng riski baxımından çox təhlükəlidir, çünki onlar insanın qulaq kanalına taxılır və ora yüksək səviyyədə radiasiya ötürür.

Doğrudur, bu barədə yekdil fikir yoxdur, lakin radiotezlikli radiasiyanın heyvanlara təsirini öyrənən tədqiqatlar təsdiq edib ki, bu qurğular xərçəng törədə bilər. Lakin kanserogen sayılan radiasiya səviyyəsi bəzi hallarda tənzimləyici orqanların yol verdiyi maksimum həddən xeyli aşağı olub.