Yaponiya yeni kosmik stansiya üçün yaşayış modulu inşa edəcək


Dünya 13 Mar 2019 21:38:00 196 0

Yaponiya yeni kosmik stansiya üçün yaşayış modulu inşa edəcək

Yaponiya Ay orbitinə çıxarılacaq yeni kosmik stansiyadakı astronavtlar üçün yaşayış modulunun inşası üzərində çalışacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Amerika Aerokosmik Tədqiqatlar Agentliyi (NASA), Yaponiya Aerokosmik Agentliyi (JAXA) və Avropa Kosmik Agentliyi (ESA) və digər əlaqədar qurumlar "Gateway" adlandırılan kosmik stansiyanı 2026-cı ilədək inşa etməyi planlaşdırırlar. On komponentdən ibarət olacaq yeni kosmik stansiyanın inşası ilə əlaqədar vəzifə bölgüsü iştirakçı ölkələr arasında artıq aparılıb.