Cənubi Koreyada işsizliyin səviyyəsi 4,7 faizə çatıb


Dünya 13 Mar 2019 21:13:00 238 0

Cənubi Koreyada işsizliyin səviyyəsi 4,7 faizə çatıb

Asiyanın ən böyük dördüncü iqtisadiyyatına sahib olan Cənubi Koreyada fevralda işsizliyin səviyyəsi 4,7 faizə çatıb. Fevralda işsizlərin sayı 1,3 milyon nəfər təşkil edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yonhap agentliyi hökumətin hesabatına istinadla xəbər yayıb. Bu rəqəm, ölkə iqtisadiyyatında inkişafın sürətinin azalmasını göstərir. Ötən ay 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,5 faiz olub.