Köhnə kitabların tozu göz xəstəliklərinin yaranması üçün riskdir


Digərləri 13 Mar 2019 21:04:00 248 0

Köhnə kitabların tozu göz xəstəliklərinin yaranması üçün riskdir

Kompüterlər, müxtəlif ölçüsü və şrifti olan mətnlər və köhnə kitabların tozu göz xəstəliklərinin yaranması və gözün zəifləməsi üçün risk faktorları sırasındadır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva "Göz xəstəliklərinin profilaktikası və aşkarlanması" mövzusunda keçirilən mühazirə-seminarda çıxış edərkən deyib.

O, bu səbəbdən kitabxana əməkdaşlarının ildə ən azı 1 dəfə gözlərinin müayinə edilməsini vacib sayıb.

Y.Abdıyeva mərkəzin müxtəlif istiqamətlərdə fəaliyyətindən, tez-tez rast gəlinən göz xəstəlikləri və onların profilaktikası, risk qrupuna aid olan əhali arasında göz xəstəliklərinin qarşısının alınması və erkən diaqnostika imkanları barəsində geniş məlumat verib.