Portuqaliya şirkəti yanğınlara qarşı mübarizə aparan süni intellekt yaradıb


Dünya 13 Mar 2019 21:07:00 222 0

Portuqaliya şirkəti yanğınlara qarşı mübarizə aparan süni intellekt yaradıb

Portuqaliyanın "Compta" şirkətinin yanğınlara qarşı mübarizə aparan unikal proqram təminatı ABŞ-da keçirilən nüfuzlu "IBM Watson Build" müsabiqəsinin qalibi olub. Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Bee2FireDetection" adlı servis süni intellektə malikdir və yanğın ocaqlarını aşkar edən ilk proqram təminatıdır.

"Compta" şirkətinin başçısı Jorj Delqadonun sözlərinə görə, bu texnologiya dünyaya yeni reallıq bəxş edəcək. Süni intellekt yanğınlara qarşı mübarizədə insanlara kömək edəcək.