Fahişəliklə məşğul olan azərbaycanlı qadın deportasiya edildi


Digərləri 13 Mar 2019 20:54:00 194 0

Fahişəliklə məşğul olan azərbaycanlı qadın deportasiya edildi

Türkiyənin Kütayha rayonunun Gediz qəsəbəsində polis əxlaqsızlıqla mübarizə əməliyyatı keçirilib.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, əməliyyat zamanı saxlanılan 15 nəfədən 6-sı həbs edilib. Onlar arasında azərbaycanlı qadın da olub.

Məlumata görə, Gediz Cümhuriyyət Baş Prokurorluğunun təlimatı ilə rayon polis idarəsi fahişəliklə məşğul olan və bu insalara vasitəçilik edən şübhəliləri texniki nəzarətə götürüb. İki ay davam edən müşahidələrdən sonra öncədən müəyyən edilmiş ünvanlarda əməliyyatlar həyata keçirilib. Əməliyyat zamanı 56 yaşlı A.D., 57 yaşlı U.S., 48 yaşlı S.K., 59 yaşlı M.K., 39 yaşlı S.K. və 46 yaşlı H.G. ilə yanaşı bir neçə qadın da saxlanılb.