NASA iki qalaktikanın toqquşmasını göstərdi


Digərləri 13 Mar 2019 20:44:00 189 0

NASA iki qalaktikanın toqquşmasını göstərdi

NASA Herkules bürcündə iki qalaktikanın toqquşmasını əks etdirən şəkil dərc edib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, NGC 6052 obyekti yüksək dəqiqlikli "Habbl" teleskopu ilə çəkilib. Sözügedən obyekt planetimizdən 230 işıq ili uzaqlıqda yerləşir.

NGC 6052 obyekti 1784-cü ildə ingilis astronom Uilyam Herşel tərəfindən kəşf olunub. Əvvəl alim bunu qeyri- simmetrik formalı vahid qalaktika kimi təsvir edib. Ancaq illər sonra tədqiqatçılar bunun əslində iki qalaktikanın toqquşması olduğunu müəyyən edib.


Xəbərə aid foto