Azərbaycan əhalisi pullarını nəyə xərcləyir?


Digərləri 13 Mar 2019 20:37:00 175 0

Azərbaycan əhalisi pullarını nəyə xərcləyir?

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 5,5 milyard manata bərabər olub.

Son.az Trend-ə istinadən bildirir ki, ticarət dövriyyəsinin 2,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-fevral aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3 faiz və 3,0 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,7 faizi ərzaq məhsullarının, 5,7 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.