"Aida" tamaşası Rusiya, Ukrayna və Azərbaycan opera ulduzlarının ifasında


Kriminal 13 Mar 2019 20:29:00 245 0

"Aida" tamaşası Rusiya, Ukrayna və Azərbaycan opera ulduzlarının ifasında

Martın 30-da Azərbaycan Opera və Balet Teatrında dünya opera sənətinin şah əsərlərindən biri sayılan  C.Verdinin "Aida" operasının tamaşası keçiriləcəkdir.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, tamaşada Aida partiyasını Azərbaycanın Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcəkdir.

Radames rolunu ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko dəvət olunmuşdur.

Əsas partiyalardan biri olan Amneris partiyasında isə həmyerlimiz - Azərbaycanın Əməkdar artisti, Mariinski Akademik Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Regina Rüstəmova çıxış edəcəkdir.