Cocuq Mərcanlıda yeni müəssisə açılıb


Digərləri 13 Mar 2019 20:01:00 227 0

Cocuq Mərcanlıda yeni müəssisə açılıb

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni müəssisənin açılışı olub.

Son.az bildirir ki, bunu Trend-ə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

K.Həsənov bildirib ki, İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Türkiyə İş Adamları Birliyinin iştirakı ilə bal emalı müəssisəsinin açılışı olub, eyni zamanda Cocuq Mərcanlıda istehsal olunan məhsulların satışını həyata keçirəcək səyyar mağaza istifadəyə verilib.

İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, müəssisədə bal emal edilərək qablaşdırılacaq və Cocuq Mərcanlı markası altında satışa çıxarılacaq.