Bakıda 71 yaşlı alim quldura çevrilib 90 yaşlı professorun evinə basqın etdi


Digərləri 13 Mar 2019 19:39:00 198 0

Bakıda 71 yaşlı alim quldura çevrilib 90 yaşlı professorun evinə basqın etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə və quldurluqda ittiham olunan AMEA Fizika İnstitutunun elmi işçisi, 71 yaşlı Bəkir Rüstəmbəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Bəkir Rüsyəmbəyov ona elan olunmuş ittihamla özünü təqsirli bilib, törətdiyi cinayəti etiraf edib və peşman olduğunu deyib: "Tövbə etmişəm. Bir daha belə bir əməl törətməyəcəyəm".

B.Rüstəmbəyov ifadəsində 90 yaşlı zərərçəkmiş Çingiz Qacarın onun rəhbəri olduğunu deyib: "Çingiz Qacarı uzun illərdir ki, tanıyıram. Səkkiz il bundan əvvəl məni işdən çıxardı. Bu, mənə çox pis təsir eləmişdi. Hər dəfə içkili olanda yadıma düşürdü. Hadisə günü 400 qram viski içmişdim. İçməmişdən əvvəl dovşan idim, içəndən sonra pələng oldum".

Çingiz Qacar

Ç.Qacarın evində pul olduğunu bilən B.Rüstəmbəyov sərxoş vəziyyətdə onun yaşadığı ünvana üz tutub: "Hadisədən sonra qorxdum, pulu da orada qoyub qaçdım. Ən böyük günahım isə evdə xadimə işləyən Mətanət Hüseynovanı vurmağım olub. Yeni ildə hər ikisinə zəng edib, məni bağışlamalarını istədim".

Tərəflərin suallarını cavablandıran B.Rüstəmbəyov özünü quldur adlandırıb: "Övladlarım Amerikada yaşayır. Törətdiyim əməldən çox peşmanam. Belə bir əməli ancaq quldurlar edər".


Xəbərə aid fotolar