Köhnə kitabların tozu göz xəstəliklərinin yaranması üçün riskdir


Digərləri 13 Mar 2019 19:33:00 222 0

Köhnə kitabların tozu göz xəstəliklərinin yaranması üçün riskdir

Kompüterlər, müxtəlif ölçüsü və şrifti olan mətnlər və köhnə kitabların tozu göz xəstəliklərinin yaranması və gözün zəifləməsi üçün risk faktorları sırasındadır.

Bakı. İlhamə İsabalayeva - Kompüterlər, müxtəlif ölçüsü və şrifti olan mətnlər və köhnə kitabların tozu göz xəstəliklərinin yaranması və gözün zəifləməsi üçün risk faktorları sırasındadır. Trend-in məlumatına görə, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva "Göz xəstəliklərinin profilaktikası və aşkarlanması" mövzusunda keçirilən mühazirə-seminarda çıxış edərkən deyib. O, bu səbəbdən kitabxana əməkdaşlarının ildə ən azı 1 dəfə gözlərinin müayinə edilməsini vacib sayıb.