PAŞA Bankın tərəfdaşlığı ilə beynəlxalq BAFT seminarları keçirilib


Digərləri 13 Mar 2019 19:25:00 228 0

PAŞA Bankın tərəfdaşlığı ilə beynəlxalq BAFT seminarları keçirilib

Azərbaycanın aparıcı korporativ Bankı – PAŞA Bank Bakıda keçirilmiş “Ticarətin maliyyələşdirilməsi” və “Maliyyə sahəsində Komplayns” adlı seminarların təşkilində tərəfdaş qismində çıxış edib.

Bakı. Azərbaycanın aparıcı korporativ Bankı – PAŞA Bank Bakıda keçirilmiş “Ticarətin maliyyələşdirilməsi” və “Maliyyə sahəsində Komplayns” adlı seminarların təşkilində tərəfdaş qismində çıxış edib. Bankdan Trend-ə verilən məlumata görə, tədbir Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası (BAFT) tərəfindən təşkil olunub. 70-dən çox şəxsin iştirakı ilə keçirilən seminarda PAŞA Bankı İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev və Bankın Hüquq və Komplayns departamentinin baş mütəxəssisi Aynura İsmayılzadə təmsil etdilər.