İsrail ilə Türkiyə arasında yeni qalmaqal başlayır


Dünya 13 Mar 2019 19:14:00 204 0

İsrail ilə Türkiyə arasında yeni qalmaqal başlayır

İsrailin baş naziri Benyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı diktator olmaqda ittiham edib. 

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın isə Netanyahunun qalmaqallı ittihamlarına sərt reaksiya göstərib. 

Netanyahu şəxsi "Facebook" səhifəsində yazıb: "Bu, necə bir komediyadır? Jurnalistlər və hakimlər Türkiyədə həbsxanaları doldurarkən, Türkiyənin diktatoru Ərdoğan İsrail demokratiyasına söz atır. İsraildə kimsə ikinci sinif vətəndaş deyil. İsrail bütün israillilərin demokratiyasıdır. Hər kəs bərabər hüquqlara malikdir. Ancaq İsrail yeganə və tək yəhudi dövlətidir...".