Buffon təbrik etdi, Alleqri vəd verdi


İdman 13 Mar 2019 19:00:00 213 0

Buffon təbrik etdi, Alleqri vəd verdi

Juventus Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında Atletico-ya 3:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə adlayıb.

Goal.az xəbər verir ki, qarşılaşmadan sonra Juventus-un sabiq qapıçısı, hazırda PSG-də çıxış edən Canluici Buffon "instaqram”da təbrik yazıb:

"Hamını təbrik edirəm. Bu, qeyri-adi və həyəcanlı idi. Mister Alleqri dahidir!”

Massimiliano Alleqri Buffonun təbrikinə biganə qalmayıb. O, Canluiciyə vəd verib: "Cağ ol, Cici, Sən bizimlə tarix yazmısan. Biz PSG-nin oyununa baxdıq və məyus olduq. Çalışacağıq ki, finala çıxaq və səni də ora aparaq”.

Juventus ilk oyunda Atletico-ya 0:2 hesabı ilə məğlub olmuşdu. Cavab qarşılaşmasında Ronaldo het-trik edib. PSG isə iki oyunun nəticəsinə görə, Manchester United-ə məğlub olaraq, mübarizəni dayandırıb.