Dodaq çatlamasına təbii çarə


Digərləri 13 Mar 2019 18:49:00 282 0

Dodaq çatlamasına təbii çarə

Havalar soyuduqca dodaqlarda çatlar əmələ gəlir. Bu isə xanımların sevmədiyi hallardan biridir.

Son.az axşam.az-a isitnadən evdə hazırlaya biləcəyiniz bir neçə maska təqdim edir:

Şəkər tozu və bal

Bir çay qaşığı şəkər tozu və balı qarışdırın. Dodaqlarınıza çəkin. 5 dəqiqə saxladıqdan sonra nəmli və canlı dodaqlara sahib olacaqsınız.

Hindistan qozu yağı

Hindistan qozu yağı dodaqların nəmlənməsində ən yaxşı vasitələrdəndir. Yağdan dodaqlarınıza çəkməyiniz kifayətdir.