"Bu il mart ayı küləkli keçəcək"


Digərləri 13 Mar 2019 18:11:00 351 0

"Bu il mart ayı küləkli keçəcək"

Tropik enliklərdə okean akvatoriyaları üzərində yaranan siklonlarda olan küləkləri ən təhlükəli adlandırmaq olar.

Son.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib

"Bəzən bu fırtınalar və nəhəng dalğalar böyük itki və insan tələfatı ilə nəticələnə  bilər. Öz diametri ilə mülayim enliklərdə olan siklonlardan kiçik olsalar da, onlar daha böyük dağıdıcı qüvvəyə malikdirlər. Tropik siklonlar evləri, tikililəri, körpüləri dağıda, ağacları kökündən qopara bilir.  Dünyada orta hesabla il ərzində 70-ə yaxın belə hadisə baş verir.

Son onilliklərdə Atlantika hövzəsində ən dağıdıcı siklon 1998-ci ilin oktyabr ayında müşahidə edilib. 19000  nəfər Hondurasda, Nikaraquada və Salvadorda bu fırtınanın qurbanı olub, 2,7 milyon nəfər adam evsiz qalıb. Həmin vaxt küləyin maksimal sürəti saniyədə 70 metrə çatırdı. Siklonun hərəkət trayektoriyası və intensivliyi haqqında qabaqcadan xəbərdarlıq olmasaydı, itkilər bundan çox olardı.

Smerclərdən (tornado)  fərqli olaraq fırtınalar, qasırğalar daha "uzunömürlü" hərəkətli  olur. Smerclərin əhatə dairəsi daha məhdud olsa da onların şiddəti bəzən daha çox olur. Smerclərin davamiyyəti bir neçə saniyədən, dəqiqədən, ən çoxu isə yarım saatdan artıq olmur.