Mozambikdə daşqınlar 66 nəfəri öldürdü


Dünya 13 Mar 2019 18:14:00 243 0

Mozambikdə daşqınlar 66 nəfəri öldürdü

Mozambikin şimali və mərkəzi hissələrində son bir neçə gün ərzində daşqınlar nəticəsində 66 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, "İday" tropik siklonunun gətirdiyi aramsız yağışlar bölgədə ciddi fəsadlara səbəb olub.

Daşqınlar 6 minə yaxın yaşayış evini dağıdıb, 140 minə yaxın sakin təbii fəlakətdən ziyan çəkib.