Bakıda keçmiş məhkum küçədə odlu silahla tutuldu


Digərləri 13 Mar 2019 17:54:00 232 0

Bakıda keçmiş məhkum küçədə odlu silahla tutuldu

Bakı sakini küçədə odlu silahla yaxalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 34, mənzil 35-də yaşayan, əvvəllər məhkum olunmuş Ağazadə Şamxal Rasim oğlu yaşadığı binanın qarşısında saxlanılıb.