Beynəlxalq Muğam Mərkəzində "Muğam2019" Televiziya Müsabiqəsinə start verildi
Kriminal 13 Mar 2019 17:59:00 297 0
2019- cu il martın 12-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən "Muğam - 2019" Televiziya Müsabiqəsinə start verildi.
Son.az xəbər verir ki, VII Televiziya Muğam Müsabiqəsininin açılışı zamanı novruz çərşənbələrinin üçüncüsü olan yel çərşənbəsi də müsabiqənin açılışı zamanı qeyd edildi.
Bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır. Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər. İlk dəfə 2005-ci ildə keçirilmiş həm ölkəmizdə, həm də onun hüdudlarında kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.
Bu nailiyyətlər, şübhəsiz, Azərbaycan Respublikasnın birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və səyi ilə muğam, aşıq sənəti, Azərbaycan tarı, xalçalarımız, Novruz Bayramı, İçərişəhər memarlıq qoruğu, Çovgən oyunu, kəlağayı və Lahıc misgərlik sənəti YUNESKO-nun mədəni irsi siyahısına daxil edilib.
VII Muğam Televiziya Müsabiqəsinə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 350-dən artıq gənc dinlənilmiş və aralarından 20 iştirakçı seçilərək müsabiqənin final mərhələsinə çıxmışdır.