FHN qayıqda köməksiz qalan 8 nəfəri xilas etdi


Digərləri 13 Mar 2019 17:31:00 281 0

FHN qayıqda köməksiz qalan 8 nəfəri xilas etdi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 8 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Son.az-a FHN-dən bildirilib.

Verilən məlumata görə, xilasetmə məntəqəsindən təxminən 1 km aralı, nəzarətsiz ərazidə içərisində 8 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.

Əməliyyat başa çatıb.