"Nar" 2018ci ilin yekunları ilə bağlı hesabatını açıqladı


Digərləri 13 Mar 2019 17:39:00 331 0

"Nar" 2018ci ilin yekunları ilə bağlı hesabatını açıqladı

Azərbaycanın ən gənc mobil operatoru "Nar", 12 il ərzində əldə etdiyi nailiyyətlər və 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. Media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında çıxış edən "Azerfon"- un baş icraçı direktoru Qunnar Panke bildirib ki, mobil operator ötən il ərzində bir çox göstəricilər üzrə yüksək nailiyyətlər əldə edib. 

Baza stansiyalarının sayını sürətlə artıran və hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malik olan "Nar" 2018-ci ildə 170 3G, 800-dən çox 4G baza stansiyası quraşdırıb. Bununla da 2018-ci il üçün planlaşdırılan 3G baza stansiyalarının sayı 2600-ü keçib, 4G baza stansiyalarının sayı isə 1700-ün üzərindədir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 47 bölgə "Nar" 4G şəbəkəsi ilə əhatə olunub. "Nar" 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 68 % artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 150% artaraq, 500 min nəfəri ötüb. 

"Nar"-ın göstərdiyi yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazası 13% artaraq, 2,2 milyondan çox olub. Abunəçi bazasının 56%-i paytaxt Bakının, 44%-i isə regionların payına düşür. "Nar" abunəçiləri arasında smartfon iştifadəçilərinin sayı son 1 il ərzində 27% artıb. Ümumilikdə, mobil operatorun abunəçiləri arasında smartfon iştifadəçilərinin 38%-i regionların, 62%-i isə Bakının payına düşür. 

"Azerfon"-un baş icraçı direktoru Qunnar Panke 2018-ci il ərzində "Nar"-ın əldə etdiyi nailiyyətləri və 2018-ci ilin yekunlarını yüksək qiymətləndirib: "Nar" olaraq əsas hədəfimiz paytaxtla yanaşı, regionlarımızda da şəbəkəmizi daha da gücləndirməkdir. Bu il 700-dən artıq 4G baza stansiyası quraşdırmağı hədəfləmişik. Bütün ölkə boyunca şəbəkəmizi gücləndirməklə, abunəçilərimizin tələblərinə uyğun məhsullar təklif etməklə bazarda payımızı 22% artırmağa nail olmuşuq". 


Xəbərə aid fotolar