Millimizin Xorvatiya ilə oyun üçün heyəti açıqlandı


İdman 13 Mar 2019 17:21:00 227 0

Millimizin Xorvatiya ilə oyun üçün heyəti açıqlandı

Azərbaycan milli komandasının Xorvatiyaya qarşı 2020-ci il Avropa çempionatının seçmə qrup oyunu və Litva ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. 

Goal.az-ın məlumatına görə, yeni baş məşqçi Nikola Yurçeviç qarşıdakı görüşlərə 23 futbolçu dəvət edib. Onlardan 5-i legionerdir. Xaricdə çıxış edən oyunçulardan uzun müddət sonra Eddi İsrafilov da yığmaya çağırılıb. 

Yeni futbolçular isə Ömər Buludov, Əli Babayev və Aleksey İsayevdir.  

ADISOYADIKLUBU
SəlahətAğayevNeftçi
EmilBalayevTobol (Qazaxıstan)
ŞahruddinMəhəmmədəliyevQarabağ
MaksimMedvedevQarabağ
ÖmərBuludovNeftçi
BədaviHüseynovQarabağ
RahilMəmmədovQarabağ
AntonKrivotsyukNeftçi
TəmkinXəlilzadəSabah
ŞəhriyarRəhimovSəbail
QaraQarayevQarabağ
RiçardAlmeydaQarabağ
EddiİsrafilovAlcorcon (İspaniya)
EminMahmudovNeftçi
ƏliBabayevSumqayıt
AlekseyİsayevSumqayıt
DmitriNazarovErzgebirge Aue (Almaniya)
MahirMədətovQarabağ
NamiqƏləsgərovNeftçi
ArazAbdullayevQarabağ
RamilŞeydayevKrılya Sovetov (Rusiya)
RüfətDadaşovProysen Münster (Almaniya)
MirabdullaAbbasovNeftçi PFK

Qeyd edək ki, Xorvatiya ilə matç martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Martın 25-də "Bakcell Arena"da keçiriləcək yoldaşlıq görüşü isə saat 18:00-da start götürəcək.