Orxan Məmmədov: Cocuq Mərcanlıda fəaliyyət göstərən sahibkarlar dəstək xidmətləri ilə tam əhatə olunacaq (FOTO)


Digərləri 13 Mar 2019 17:17:00 224 0

Orxan Məmmədov: Cocuq Mərcanlıda fəaliyyət göstərən sahibkarlar dəstək xidmətləri ilə tam əhatə olunacaq (FOTO)

Cocuq Mərcanlıda mobil emalatxana və mobil satış məntəqəsi açılıb, Horadizdə “KOB Dostu” fəaliyyətə başlayıb

Bakı. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) artıq cəbhəyanı rayonlarda fəaliyyət göstərən sahibkarlara da xidmət göstərəcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, belə ki, növbəti “KOB Dostu” martın 13-də Füzuli rayonunda fəaliyyətə başlayıb. Bu, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə ilk “KOB Dostu”dur və Füzuli rayonu ilə yanaşı, ətraf rayonlarda, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən sahibkarların da “KOB Dostu” xidmətlərindən faydalanmaq imkanı yaradır. Bununla əlaqədar olaraq Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən olduğunu, özəl bölmənin inkişafı istiqamətində müxtəlif təbirlərin və islahatların aparıldığını vurğulayıb. Qeyd olunub ki, kiçik və orta biznesin inkişafı sahibkarlığın mühüm istiqamətlərindəndir və Füzuli rayonunda fəaliyyətə başlayan KOB Dostu bu sahədə önəmli dəstək mexanizmlərindəndir. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Vurğulanıb ki, cəbhəyanı rayonlarda sahibkarlığın inkişafına dəstək olmaq, rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasını təşviq etmək məqsədilə Füzuli rayonunda “KOB Dostu” fəliyyətə başlayıb. Bu sayca 13-cü “KOB Dostu”dur və şəbəkənin bütün ölkə ərazisini əhatə etməsi nəzərdə tutulur. “KOB Dostu” sahibkarlıq fəaliyyətinin bütün mərhələlərində KOB-lara dəstək olur, onların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafı, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, digər dövlət dəstəyi mexanizmləri kimi, “KOB Dostu”nun da rayonda sahibkarlığın inkişafında əhəmiyyətli olacağını qeyd edib. Tədbir çərçivəsində “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb. Sonra tədbir iştirakçıları Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar. Tədbirdə çıxış edən sahibkarlar özəl bölmənin, xüsusilə kiçik və orta biznesin inkişafına göstərilən davamlı dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.