Xorvatiya gimnastı: Dünya Kubokunda "qızıl" uğrunda mübarizə aparacağam


Digərləri 13 Mar 2019 17:00:06 179 0

Xorvatiya gimnastı: Dünya Kubokunda "qızıl" uğrunda mübarizə aparacağam

Xorvatiyalı gimnast Tin Srbiç martın 14-17-də Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanacağına ümid edir

Bakı. Ləman Zeynalova - Xorvatiyalı gimnast Tin Srbiç martın 14-17-də Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanacağına ümid edir. Gimnast Trend-ə müsahibəsində bildirib ki, qalib gəlmək üçün əlindən gələni edəcək: “Mən Azərbaycana ikinci dəfə gəlmişəm. Milli Gimnastika Arenasında idmançılar üçün lazım olan hər şey var. Arena çox böyükdür, çoxlu tamaşaçı gəlib yarışlara baxa bilər. Məsələn, Xorvatiyada zallarımız çox kiçikdir”.