Martın 15-dək I sinfə qəbulla bağlı suallara “Facebook”da cavab veriləcək


Digərləri 13 Mar 2019 16:53:00 213 0

Martın 15-dək I sinfə qəbulla bağlı suallara “Facebook”da cavab veriləcək

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində müvafiq suallara cavab verməyə başlayıb.

Bakı. İlhamə İsabalayeva - Paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində müvafiq suallara cavab verməyə başlayıb. İdarədən Trend-ə verilən məlumata görə, suallar şərhlər vasitəsilə cavablandırılır. “Facebook” səhifəsində sualların cavablandırılması martın 15-də bitəcək. Qeyd edək ki, martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.