ÜST Azərbaycanda tibbi xidmətlərin əlçatanlığı ilə bağlı maneələri qiymətləndirir


Digərləri 13 Mar 2019 15:57:00 241 0

ÜST Azərbaycanda tibbi xidmətlərin əlçatanlığı ilə bağlı maneələri qiymətləndirir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Azərbaycanda uşaq və yeniyetmələr üçün tibbi xidmətlərin əlçatanlığı ilə bağlı ortaya çıxan maneələri qiymətləndirir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ÜST-nin Azərbaycan üzrə ofisindən məlumat verilib.

Ofisdən bildirilib ki, bu məqsədlə təşkilatın Avropa Ofisininin reproduktiv sağlamlıq üzrə mütəxəssislərdən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.