World ATM Congress 2019 çərçivəsində AZANS və EUROCONTROL arasında görüş keçirilib


Digərləri 13 Mar 2019 15:58:53 229 0

World ATM Congress 2019 çərçivəsində AZANS və EUROCONTROL arasında görüş keçirilib

Eurocontrol-un strateji tərəfdaşı və axınların planlaşdırılması zamanı əlaqələndirici qovşaq olan Azərbaycanın rolu müzakirə olunub.

Bakı. Madriddə keçirilən World ATM Congress 2019 çərçivəsində “Azəraeronaviqasiya” HHİ (AZANS) nümayəndələri və Avropa regionunun hava məkanının idarə edilməsi mərkəzinin (Network Manager Operations Centre - NMOC) direktoru Co Sultanın başçılıq etdiyi “EUROCONTROL”-un nümayəndə heyəti arasında görüş keçirilib. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Eurocontrol və AZANS arasında gələcək əməkdaşlıq məsələləri, habelə Eurocontrol-un strateji tərəfdaşı və axınların planlaşdırılması zamanı əlaqələndirici qovşaq olan Azərbaycanın rolu müzakirə olunub. AZANS və EUROCONTROL arasında sazişin imzalanmasının zəruri olduğu qeyd olunub. Həmin saziş hava hərəkətində gözlənilməz hallar baş verdiyi təqdirdə hava axınlarının planlaşdırılması zamanı regional yardım mərkəzi qismində Hava məkanından istifadənin səmərəliliyi, strategiya və inkişaf mərkəzi (ASEC) tərəfindən istifadə ediləcək. 2019-cu ilin 27-28 fevral tarixində Pakistanla Hindistan sərhədində baş verən hadisələrdən sonra Pakistan öz hava məkanını bağladığı zaman bu məsələ daha də aktual olmuşdur. Bu dövrdə hava hərəkəti axınlarının səmərəli təşkilinə zərurət xeyli dərəcədə artıb.