Rusiyanın Xalq artisti Yevgeni Knyazevin monotamaşası olacaq


Kriminal 13 Mar 2019 15:44:00 226 0

Rusiyanın Xalq artisti Yevgeni Knyazevin monotamaşası olacaq

Aprelin 16-da Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının Xalq artisti Yevgeni Knyazevin dahi rus şairi Aleksandr Puşkinin "Qaratoxmaq qadın" povestinin motivləri əsasında monotamaşası təqdim olunacaq.

Son.az xəbər verir ki, Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, Y.Knyazev tanınmış teatr və kino aktyorudur.

O, teatr məktəbində təhsilini başa vurduqdan sonra 1982-ci ildə Moskvada Y.Vaxtanqov adına Teatrda fəaliyyətə başlayıb, 1996-cı ildə həmin teatrda "Qaratoxmaq qadın" tamaşasında German rolunu oynayıb. Əsərə Pyotr Fomenko quruluş verib. Bundan illər sonra Y.Knyazev səhnədə tərəf müqabillərindən imtina edir və "Qaratoxmaq qadın"ı tək yaradır: yalnız German obrazını deyil, Liza, Qrafinya rollarını da oynayır.

Minimum dekorasiyadan istifadə edilən səhnədə Y.Knyazevin parlaq ifası, qəhrəmanları ustalıqla canlandırması tamaşaçılara A.Puşkin yaradıcılığının sehrinə düşməyə imkan verəcək.