Afət: "Tərbiyəmi, əxlaqımı qorudum, alınmadı"


Şou-biznes 13 Mar 2019 15:48:00 245 0

Afət: "Tərbiyəmi, əxlaqımı qorudum, alınmadı"

Son.az xəbər verir ki, ifa etdiyi "Pencu şeş" mahnısına görə müzakirə olunan müğənni Afət Fərmanqızı lent.az-a müsahibə verib.

O, müsahibəsində öncə mahnısının tənqid olunmasından danışıb, daha sonra bir çox məqamlardan söz açıb.

"Mən tənqidlərə, sadəcə, gülürəm. Məni müzakirə edənlərə hələ tam cavab verə bilməmişəm. Onlara gülürəm. Oğluma görə hələ tam cavab verə bilmirəm. Ürəyimdə qalır sözlərim. Yoxsa nə cavablar verərəm. Bəs edər daha. Əcəb edib oxumuşam. Mahnı oxuyuram. Başqa nəsə pis iş görürəm? Ən çox dəstəyi Rusiyada yaşayan azərbaycanlılarımızdan gördüm. Məni tənqid edənlərin heç birinin sənəti mənim sənətimdən üstün deyil".

Afət şəxsi həyatından danışaraq bildirib ki, növbəti dəfə ailə qurmaq istəməz: "Sevmədən ailə qurdum, özüm boşandım. 16 yaşım var idi, ailə qurmaq üçün yaşım çatmırdı, həmin vaxt keçmiş həyat yoldaşım məni qaçırtdı. Məcbur olub, ailə qurdum. Amma bu evliliyi axıra qədər davam etdirmədim. 18 yaşımda da boşandıq. Boşanandan sonra keçmiş həyat yoldaşım ailə qurdu, indi uşaqları da var. Münasibətimiz də çox gözəldi. Evimə heç qohumlarım da gələ bilmir. Çünki evdə çox az oluram. Amma keçmiş baldızlarımla, qayınanamla bu yaxınlara qədər görüşürdüm. Keçmiş həyat yoldaşımın xanımı ilə də münasibətim çox yaxşıdır. Toyda rastlaşdıq, o, mənim, mən də onun balalarını öpdüm. Növbəti dəfə ana olmaq istəmərəm. Düşünürəm ki, 10 övladım olsa, Hüseynimdən yaxşı ola bilməyəcək".