Nazir müavini: Azərbaycanda informatika müəllimlərinin ixtisaslaşmasını artırmaq lazımdır


Digərləri 13 Mar 2019 15:43:00 206 0

Nazir müavini: Azərbaycanda informatika müəllimlərinin ixtisaslaşmasını artırmaq lazımdır

Azərbaycanda orta məktəblərdə informatika tədrisinin səviyyəsini və bu fənn üzrə müəllimlərin ixtisaslaşmasını artırmaq lazımdır

Bakı. Sara İsrafilbəyova - Azərbaycanda orta məktəblərdə informatika tədrisinin səviyyəsini və bu fənn üzrə müəllimlərin ixtisaslaşmasını artırmaq lazımdır. Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən VI Regional İnternet İdarəçilik Forumunda deyib. Nazir müavininin sözlərinə görə, internet cinayətkarlığı və virusları ilə mübarizə məktəb vaxtlarından tədris olunmalıdır.