Əlikram Daxili İşlər Nazirliyinə çağrılıb


Şou-biznes 13 Mar 2019 15:35:00 221 0

Əlikram Daxili İşlər Nazirliyinə çağrılıb

Müğənni Əlikram Bayramovu üç dəfə polis bölməsinə çağırıblar

Müğənni Əlikram Bayramovu 3 dəfə polis bölməsinə çağırıblar.

Son.az axşam.az-a istinadən bildirir ki, bu haqda ifaçı "Hər şey daxil" verilişində deyib. Buna səbəb onun prodüserinin polis tərəfindən axtarışda olmasıdır:

"350 minlik səhifəm var idi. Əvvəl saxta izləyici vurdurmuşdum, etiraf edirəm. Qəfildən "Youtube"um bağlandı, maraqlandım. Əli Baxşıyev mənim yerlimdir, onla görüşdük. Danışdım hadisəni ona. Dedilər, efirdən olan görüntülərimi yerləşdirdiyim üçün kanallar şikayət edib və bağlanıb.   Əli ilə çalışdıq, qayıtdı ki, bu səhifəni təsdiqlədiq. Notariusda bunu təsdiqlətdim. Onunla da müqavilə bağladım. Dedi nə vaxt istəsən, poza bilərsən. Mənim "Youtube"u işlətdi, eyni zamanda prodüserlik etdi.