İranın müdafiə naziri: "İsrailin təhdidinə çox sərt cavab verəcəyik"


Dünya 13 Mar 2019 14:58:00 249 0

İranın müdafiə naziri: "İsrailin təhdidinə çox sərt cavab verəcəyik"

İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi İsrailin baş naziri Benyamin Netanyahunun İranın neft tankerlərinə dair hədəsini cavablandırıb.

Son.az ONA-ya istinadən xəbər verir ki, Ə.Hatəmi deyib ki, bu addım beynəlxalq sabitliyin pozulmasına cəhd və piratlıq hesab olunur.

"İran İslam Respublikası bu hədəyə cavab vermək gücünə malikdir. Bu baş verərsə, çox sərt cavab verəcəyik. Bundan başqa, beynəlxalq ictimaiyyət də onların bu addımını qəbul etməyəcək" - deyə nazir qeyd edib.