Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir


Digərləri 13 Mar 2019 14:58:00 229 0

Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir

Azərbaycanda 6 minə yaxın uşaq auitizm xəstəliyindən əziyyət çəkir.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün əlillik dərəcəsi müəyyən edilir: “Sağlamlıq imkanları məhdud uşaqlar dedikdə orada autizmli uşaqlar nəzərdə tutulmur. Bu uşaqlar harada təhsil almalıdır, onların təhsili üçün kriteriyalar necə müəyyən edilməlidir? Autizmli uşaqlarla bağlı heç bir reabilitasiya mərkəzi yoxdur. Ancaq Türkiyədə belə uşaqlara dövlət müəyyən edilmiş saatlarda məcburi dərslər keçir”.