"Bu əsl biabırçılıqdır!" Bekhem


Digərləri 13 Mar 2019 14:49:00 239 0

"Bu əsl biabırçılıqdır!"  Bekhem

Dünyanın ən məşhur futbolçularından biri Devid Bekhem zarafatın qurbanı olub.

Son.az ABC-yə istinadən bildirir ki, "The Late Late Show" teleşousunun aparıcısı, 40 yaşlı Ceyms Korden 43 yaşlı futbolçunu ABŞ-ın Los-Anceles şəhərində, "Los-Anceles Qelaksi" stadionunun önündə ucaldılacaq heykəlinə baxmağa dəvət edib.

Klubun prezidenti Kris Kleynin də qatıldığı "təqdimat mərasimi"ndə gerçək heykəlin müəllifi Ömər Əmrani kimi özünü təqdim edən aktyor Maz Cəbrani də vardı.

Devid Bekhemin gerçək heykəli martın 3-də "StubHub Center" arenasının önündə ucaldılıb.

Saxta heykəlini görəndə Devid Bekhem sinirlənib. Çünki "heykəl"in gözləri çaş, çənəsi uzun və əyri, ayaqları eybəcərdi. Üstəlik, Bekhemin heykəlinin ağzında vur-tut üç dişi vardı.

Təqdimat mərasimi zamanı Bekhemə heykəlin rəsmi açılışı zamanı göstəriləcək video da nümayiş olunub. Videoda Bekhemin gözəl qolları və ötürmələri ilə yanaşı, onun xəbərdarlıq aldığı və meydandan qovulduğu anlar da vardı.