Monteneqro bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq niyyətindədir (FOTO)


Digərləri 13 Mar 2019 14:22:36 184 0

Monteneqro bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq niyyətindədir (FOTO)

Energetika Nazirliyində Monteneqronun “Adriatic Capital” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Bakı. Energetika Nazirliyində Monteneqronun “Adriatic Capital” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə “Adriatic Capital” şirkəti vasitəsilə bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. “Adriatic Capital” şirkətinin baş icraçı direktoru Marko Vuyoviç Monteneqroda alternativ və bərpa olunan enerji sektorunun mövcud vəziyyəti, bu sahədə şirkətin fəaliyyəti, iştirak etdiyi layihələr haqqında məlumat verib. Bildirilib ki, “Adriatic Capital” şirkəti layihələndirilmə, maliyyələşdirilmə, tikinti və istismar xidmətləri üzrə fəaliyyət göstərir və Monteneqro ilə yanaşı, Serbiya, Bosniya və Hersoqovina, eləcə də digər ölkələrdə külək parkları, su və günəş elektrik stansiyalarının tikintisində iştirak edib. Marko Vuyoviç şirkətin Azərbaycanda yüksək bərpa olunan enerji mənbələri potensialına malik ərazilərə baxış keçirildiyini və ölkəmizdə külək və günəş enerjisindən istifadə üzrə layihələrdə iştirakda maraqlı olduqlarını bildirib.