Gəncənin baş meydanı bayram libasını geyinib, baharın gəlişini gözləyir


Digərləri 13 Mar 2019 14:04:00 275 0

Gəncənin baş meydanı bayram libasını geyinib, baharın gəlişini gözləyir

Gəncənin Heydər Əliyev meydanında "Novruz şəhərciyi" salınıb, hündürlüyü 4,5 metr olan nəhəng səməni quraşdırlıb. Gün ərzində şəhərciyə gələn qonaqları Novruz bayramının əsas atributları olan Kosa, Keçəl və Bahar qızı qarşılayır. 

Son.az xəbər verir ki, təşkilati işlər üzrə məsul şəxs Sevinc Hüseynova bildirib ki, bu il digər illərdən fərqli olaraq sakinlər bir çox yeniliklərlə qarşılaşacaqlar: "Şəhərin baş meydanında 10 ədəd evcik qurulub. Burada  müxtəlif yeyinti məhsullarının tanıtımı və satışı həyata keçirilir.  Ərazidə uşaqların asudə vaxtının maraqlı təşkili üçün müxtəlif atraksionlar quraşdırılıb. İlk dəfə olaraq burada paytaxtdan gələn "Manqalçı Evi" təmsil olunur, sakinlərə közdə şabalıd təklif edilir. Martın 5-dən 28-nə qədər hər gün canlı konsertlər təşkil olunacaq.  Şəhərcikdə  gündəlik şou-proqramlar, uduşlu viktorinalar keçirilir. Təşkilatçılar tərəfindən qaliblərə müxtəlif hədiyyələrlə təqdim olunur. Həmçinin, bu il şəhərcikdə milli atributlarla bəzədilən "Novruz Evi" quraşdırlıb. Bu evdə qonaqlarımız milli paltarlarımızı geyinərək nağıl qəhrəmanları ilə birlikdə şəkil çəkdirə , "Face Art" xidmətindən istifadə edə bilərlər".

Novruz şəhərciyində Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə musiqili proqramlar təqdim olunur. Konsert proqramları hər gün saat 18:00-dan başlayır. Konsertdə əsasən Gəncə Dövlət Filarmoniyasının kollektivi, şəhərdə fəaliyyət göstərən musiqi məktəblərinin ansambılları, Gəncə Musiqi Kollecinin istedadlı tələbələri iştirak edirlər. Bunlarla yanaşı Gəncə Dövlət Dram və Kukla Teatrları kollektivlərinin də çıxışları olur.


Xəbərə aid fotolar