Xəzərdə 21 min tondan artıq kilkə ovlanıb


Digərləri 13 Mar 2019 13:51:00 276 0

Xəzərdə 21 min tondan artıq kilkə ovlanıb

Ötən il Xəzər dənizində kilkə balığı ovu 2017-ci illə müqayisədə 13% artıb.

Bakı. Elnur Bağışov - Ötən il Xəzər dənizində kilkə balığı ovu 2017-ci illə müqayisədə 13% artıb. Trend-in məlumatına görə, bunu İranın Balıqçılıq Təşkilatının ov və ovçuluq idarəsinin baş direktoru Muxtar Axundi deyib. M.Axundinin sözlərinə görə, qeyd olunan müddət ərzində 21 min tondan çox kilkə balığı ovlanıb. 2017-ci ildə isə 18,6 min ton kilkə balığı ovlanıb.