Şəkidə media nümayəndələri üçün təlim başlayıb (FOTO)


Digərləri 13 Mar 2019 13:57:00 199 0

Şəkidə media nümayəndələri üçün təlim başlayıb (FOTO)

Martın 13-də Şəki şəhərində Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda təlim başlayıb.

Bakı. Martın 13-də Şəki şəhərində Dövlət Gömrük Komitəsinin (DGK) media nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda təlim başlayıb. Komitədən Trend-ə verilən məlumata görə, təlimin açılış mərasimində DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov gömrük xidmətinin fəaliyyətinin işıqlandırılmasında medianın rolunu vurğulayıb və birgə əməkdaşlığın əhəmiyyətindən danışıb. Sonra DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov çıxış edərək ölkədə gömrük sahəsində əldə olunan uğurlardan, aparılan məqsədyönlü işlərdən və nəzərdə tutulan layihə və yeniliklərdən bəhs edib. Baş İdarənin rəisi gömrük sistemində islahatlar haqqında ətraflı məlumat verib və vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin qarşısında mühüm vəzifələr qoyulub. Əsas məqsəd şəffaflığın təmin olunması, gömrük-biznes münasibətlərinin daha da gücləndirilməsi, ölkənin ixrac və tranzit potensialının artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə nail olmaqdır.