Mingəçevirdə 5ci mərtəbədən yıxılan nişanlı qız Bakıda əməliyyat olunacaq


Digərləri 13 Mar 2019 13:41:00 230 0

Mingəçevirdə 5ci mərtəbədən yıxılan nişanlı qız Bakıda əməliyyat olunacaq

Mingəçevirdə 5-ci mərtəbədən yıxılan 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva Səhiyyə Nazirliyinin göstərişi ilə Bakıda 1 saylı Klinik Tibbi Mərkəzə köçürülüb.

Son.az xəbər verir ki, bu barədə ONA-ya Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov məlumat verib. O, qeyd edib ki, şok vəziyyətində olan yaralı qızın yenidən həyata dönməsində xəstəxananın tibb heyətinin böyük rolu olub: "Səmimiyyətlə etiraf edim ki, təcrübəli mütəxəssislərimiz mümkünsüz görünəni belə mümkünə çevirməyi bacardı. Səylərimiz nəticəsində Səbinənin ölüm təhlükəsi sovuşub. Onun müalicəsinin sonrakı mərhələsi üçün bir sıra hüquqi məsələlər ortaya çıxdı. Məlum olduğu kimi hazırda Mingəçevir şəhərində, Ağdaş və Yevlax rayonları ərazisində pilot olaraq icbari tibbi sığorta layihəsi gerçəkləşdirilir.

Sığorta məsələləri də məhz bu qeyd olunan şəhər və rayonların sakinlərinə şamil olunur. Səbinə Qarayeva isə Mingəçevirdə yaşasa da Bərdə rayonunda doğulub. Bu səbəbdən də müalicənin Mingəçevirdə davam etdirilməsi hüquqi çətinliklər yaratdı. Çox sağ olsun millət vəkili Aydın Mirzəzadə hadisədən məlumat alan kimi prosesə müdaxilə edərək Səhiyyə Nazirliyi xətti ilə Səbinənin paytaxt klinikasına köçülməsinə nail oldu".

Baş həkim, həmçinin qeyd edib ki, S.Qarayeva əməliyyat olunacaq və bununla bağlı hazırlıq işləri görülür.

Qeyd edək ki, S.Qarayeva nişanlı olub. Martın 24-ü onun toyu olacaqmış.