BMT-nin İnkişaf Proqramı Azərbaycanda İKT sahəsinin inkişafı üçün atılan addımları yüksək qiymətləndirir


Digərləri 13 Mar 2019 13:32:24 183 0

BMT-nin İnkişaf Proqramı Azərbaycanda İKT sahəsinin inkişafı üçün atılan addımları yüksək qiymətləndirir

BMT-nin İnkişaf Proqramı Azərbaycanda İKT sahəsinin inkişafı üçün atılan addımları və “elektron hökumət” sisteminə tam keçidi yüksək qiymətləndirir.

Bakı. Sara İsrafilbəyova - BMT-nin İnkişaf Proqramı Azərbaycanda İKT sahəsinin inkişafı üçün atılan addımları və “elektron hökumət” sisteminə tam keçidi yüksək qiymətləndirir. Trend-in məlumatına görə, bunu BMT-nin İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə regional bürosunun direktoru Miryana Egge Bakıda kibertəhlükəsizliyə həsr olunmuş internet idarəetməsi üzrə 6-cı Regional forumda deyib. O qeyd edib ki, internet və informasiya texnologiyaları cəmiyyətin vacib tərkib hissəsidir. Regional forumun rolundan danışan M.Egge vurğulayıb ki, bu tədbir internet texnologiyalarının potensialını öyrənmək və kibertəhlükələrdən qaçmaq imkanlarını yaradacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin