Azərbaycanın Birinci vitseprezidenti Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb


Siyasət 13 Mar 2019 13:29:00 188 0

Azərbaycanın Birinci vitseprezidenti Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanır, ikitərəfli əməkdaşlığın dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, ümumdünya mədəni irsinin qorunmasına gələcəkdə də böyük töhfələr verəcəyinə ümid ifadə edilir.