Kürdə qayıqda köməksiz qalan 8 nəfər xilas edilib


Digərləri 13 Mar 2019 13:20:00 248 0

Kürdə qayıqda köməksiz qalan 8 nəfər xilas edilib

Kürdə qayıqda köməksiz vəziyyətdə qalan 8 nəfər xilas edilib

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 8 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, xilasetmə məntəqəsindən təxminən 1 km aralı, nəzarətsiz ərazidə içərisində 8 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.