Sabahın HAVAsı


Digərləri 13 Mar 2019 13:10:00 208 0

Sabahın HAVAsı

Martın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Martın 13-dən 14-nə keçən gecə bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, havanın temperaturu gecə Abşeron yarımadasında 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.