Səhiyyə Nazirliyinin 9 vəzifəli şəxsi dəyişdirildi SİYAHI


Digərləri 13 Mar 2019 13:05:00 245 0

Səhiyyə Nazirliyinin 9 vəzifəli şəxsi dəyişdirildi  SİYAHI

Səhiyyə Nazirliyinin baş mütəxəssislərinin siyahısında dəyişiklik edilib, 9 yeni təyinat olub.

Son.az ONA-ya istinadən xəbər verir ki, uşaq cərrahı Asim Uluxanovun yerinə K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahiyyəsi şöbəsinin müdiri Gündüz Ağayev, baş anestezioloq-reanimatoloq Aydın Qədirovun yerinə Azərbaycan Tibb Universitetinin I daxili xəstəliklər və reanimatologiya kafedrasının dosenti İsmayıl Məhərrəmbəyli, baş kardioloq Faiq Quliyevin yerinə ATU-nun klinik farmakologiya kafedrasının əməkdaşı Yusif Nağıyev, baş ftiziatr Elcan Məmmədbəyovun yerinə 1 nömrəli Vərəm Dispanserinin baş həkimi Yavər Şixəliyev, baş psixiatr Gəray Gəraybəylinin yerinə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Psixatriya kafedrasının müdiri, professor Teymur Qafarov təyin ediliblər.   Eyni zamanda baş uroloq Fikrət Qədiməliyevin yerinə M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının baş həkim müavini Xəqani Hüseynov, baş travmatoloq Vaqif Verdiyevin yerinə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov, baş dermatoveneroloq Zülfüqar Fərəcovun yerinə ATU-nun Dermatovenerologiya kafedrasının professoru Fərid Mahmudov, baş stomatoloq Kamran Aslanovun yerinə isə ATU-nun Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov təyin olunublar.