"NİRRİN Health&Spa" Gözəllik və Sağlamlıq Mərkəzi 5 illiyini bayram gecəsi ilə qeyd edib VİDEO FOTO


Digərləri 13 Mar 2019 12:43:56 437 0

"NİRRİN Health&Spa" Gözəllik və Sağlamlıq Mərkəzi 5 illiyini bayram gecəsi ilə qeyd edib  VİDEO  FOTO

Trend xəbər verir ki, JW Marriott Absheron Baku otelində "NİRRİN Health&Spa" Gözəllik və Sağlamlıq Mərkəzinin 5 illiyinə və Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram gecəsi keçirilib.

Gecədə tanınmış dizayner, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, teleaparıcı və prodüser Ranar Musayev (o, həm də tədbirin rejissoru olub), aktyor İslam Məhrəliyev və digərləri iştirak ediblər.

Gecədə "NİRRİN Health&Spa"nın daimi müştəriləri olan estrada ulduzlarının iştirakı ilə konsert olub. "Gözəllik və sağlamlıq həmişə əl-ələ gedirlər. Ona görə də "NIRRIN"in konsepsiyası salon yox, daha çox tibbidir. Ötən 5 il ərzində bizim həkim və kosmetoloqlarımız hər il təcrübələrini artırır, dermatologiya, kosmetologiya və yaşlanma əleyhinə təbabət üzrə beynəlxalq layihələrdə və dünya konqreslərində iştirak edirlər.

Bizim vəzifəmiz əziz xanımların arzularını həyata keçirməklə onları gələcəkdə də sevindirməkdir. Biz inanırıq ki, məhz sağlam olan kəs gözəldir," - baş direktor Nəzrin Səlimzadə bildirib.