Nazir: "Azərbaycan kibertəhlükələri azaltmaq üçün bütün addımları atır"


Digərləri 13 Mar 2019 12:45:00 257 0

Nazir: "Azərbaycan kibertəhlükələri azaltmaq üçün bütün addımları atır"

Azərbaycanda kibertəhlükəsizliyə xüsusi diqqət verilir və kibertəhlükələri azaltmaq üçün bütün addımlar atılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda kibertəhlükəsizlik üzrə regional forumda deyib.

Nazir bildirib ki, informasiya texnologiyaları sayəsində Azərbaycan iqtisadiyyatı yeni səviyyəyə çıxıb, dövlət və vətəndaşlar arasında münasibətlər isə daha da şəffaflaşıb.