“Azərbaycan Dəmir Yolları” Novruz bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçib


Digərləri 13 Mar 2019 12:32:00 211 0

“Azərbaycan Dəmir Yolları” Novruz bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamentinin kollektivi Novruz bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır.

Bakı. Ceyhun Ələkbərov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamentinin kollektivi Novruz bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır. QSC-dən Trend-ə verilən məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.